İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

06 avqust 2013, 13:45
İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempelin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir xanım Haydrun Tempel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edən Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dedi.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycanla Almaniyanın uzun illər fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı xanım Haydrun Tempelin bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Avropa İttifaqı, Cənub dəhlizi, qeyri-neft sektoru, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00