İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur

16 avqust 2013, 17:00
İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur

Qəbələdəki Prezident iqamətgahında Prezident İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.

Görüşdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısına dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Nursultan Nazarbayev Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazandığını və qardaş Qazaxıstanın Azərbaycanın uğurlarına sevindiyini vurğuladı. Nursultan Nazarbayev ölkəmizə budəfəki gəlişi zamanı Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirdi.

Prezident İlham Əliyev Qazaxıstanın müxtəlif sahələrdə uğurlar qazandığını qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini vurğulayaraq, enerji-nəqliyyat potensialının hər iki ölkənin daha da inkişaf etməsində rolundan danışdı.

Görüşdə Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Qazaxıstanın iqtisadi, o cümlədən nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığının, Azərbaycanın Qazaxıstana məhsul ixracının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00