29 avqust 2013, 18:10

Veysəl Məlikovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün Sizin tərəfinizdən Azərbaycanda aparılan məqsədyönlü siyasət sayəsində ölkəmiz dinamik inkişaf yoluna qədəm qoymuşdur. Respublikamız inkişaf edir, iqtisadiyyatımız durmadan artır, əhalinin maddi rifahı yüksəlir. Lerik rayonunun sakinləri də bu yüksəlişi gündəlik həyatlarında hiss edirlər.

Sizin son günlərdə imzaladığınız sərəncamlardan biri də Azərbaycanın Milli Qəhrəmanları, Şəhid Ailələri, Qarabağ Müharibəsi əlillərinin pensiya və təqaüdlərinin artırılması ilə bağlı olmuşdur. Belə bir Sərəncamın verilməsi Sizin bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğınızın təzahürüdür. Buna görə Lerik rayonundan olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri adından Sizə hədsiz minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, qarşıdan gələn Prezident seçkilərində Sizi dəstəkləyəcəyik. Sizi yenidən prezident kürsüsündə görmək arzusundayıq.

Hörmətlə,

Məlikov Veysəl.

Azərbaycan Respublikası, Lerik rayonu.