İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

29 avqust 2013, 23:25
İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bina ilə tanışlıq zamanı məlumat verildi ki, tikinti işlərinə 2012-ci ilin iyununda başlanılmış və bu ilin avqustunda başa çatdırılmışdır. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır.

Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu.

İnzibati bina ümumilikdə on otaq, konfrans və iclas salonlarından ibarətdir. Bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait vardır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binanın ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı 70 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, burada kiçik iclas zalı da yaradılmışdır.

Dövlət başçısına məlumat verildi ki, partiyanın rayon təşkilatının 9,2 min üzvü vardır. Təşkilatın sıraları əsasən gənclərin hesabına ildən-ilə artır. Onlar hazırda partiya üzvlərinin 42 faizini təşkil edirlər. Qadınların sayı isə 43 faizdir.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo