Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova

31 avqust 2013, 18:00

Hörmətli İslam Abduqəniyeviç,

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Özbəkistan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sevindirici haldır ki, bu gün Özbəkistan ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə sanballı uğurlar qazanmışdır. Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olması xüsusi məmnunluq doğurur. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq durmadan genişlənir, ənənəvi dostluq əlaqələri möhkəmlənir.

Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 avqust 2013-cü il.