İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

03 sentyabr 2013, 17:25
İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın etimadnaməsini qəbul etmişdir.

Səfir Dimitrios Tsounqas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dimitrios Tsounqas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dimitrios Tsounqas Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırladığını dedi. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan diplomat əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin iqtisadi, siyasi, enerji, təhsil, mədəniyyət və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 may 2024
11:20
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

09 may 2024, 11:20
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06