İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlmişdir

04 sentyabr 2013, 14:00
İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülmüş, 4 müasir fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi quraşdırılmış, Bayraq Kompleksi inşa olunmuşdur.

gallery-photogallery-photo