İlham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

04 sentyabr 2013, 22:50
İlham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, Mərkəzin birinci mərtəbəsində 30 nəfərlik akt zalı, rəsm və dizayn dərnəyi, xalq sənətkarlıq studiyası, poliqrafiya emalatxanası, fotostudiya və kompyuter otağı yaradılmışdır. Burada Ümummilli Liderin xatirəsinə həsr olunmuş muzey təşkil edilmişdir. Muzeydəki fotostendlərdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunmuşdur. Bu fotolardan da görünür ki, Ümummilli Lider hər zaman vətəndaşlarımızın rifahını diqqət mərkəzində saxlamışdır. Onun regionlara səfərlərinin də əsas məqsədi ölkəmizdəki inkişafı hər bir soydaşımızın həyatına daxil etmək idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinə intensiv inkişaf dövrü kimi daxil olmuşdur. Ölkədə mükəmməl idarəçilik məktəbini yaradan Heydər Əliyevin görkəmli ictimai-siyasi xadim kimi tanınmasında onun Azərbaycana, respublikamızın timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirməklə bağlı atdığı əhəmiyyətli addımlar mühüm rol oynamışdır.

Mərkəzdə Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərlərini əks etdirən fotoguşə də yaradılmışdır. Bundan başqa, Mərkəzin ikinci mərtəbəsində 40 tamaşaçı yerlik 3D formatlı kinozal, virtual sinif, 15 yerlik konfrans zalı, sərgi salonu, kompyuter və linqafonlarla təchiz edilmiş xarici dil studiyası, intellektual oyun otağı və ədəbiyyat dərnəyi fəaliyyət göstərəcəkdir. Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 may 2024
11:20
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

09 may 2024, 11:20
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06