19:05
Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18 sentyabr 2013, 18:40Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Naftalan şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Əlillərin Bərpa Mərkəzi, 5 yeni səhiyyə-kurort müəssisəsi, o cümlədən 200 yerlik “Qaşaltı” sanatoriyası inşa edilmiş, 353 yerlik “Çinar” sanatoriyası əsaslı təmir olunmuş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2013-cü il.
19:05
18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:0015:50
14:16
14:14
12:43
11:13
11:11
17:55
Hörmətli Forum iştirakçıları!
Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə...
15 may 2024, 17:5516:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...
15 may 2024, 16:0011:02
10:13