İlham Əliyev Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

18 sentyabr 2013, 19:10
İlham Əliyev Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev Qubanın Qırmızı qəsəbəsi ərazisində, Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun müasir səviyyəyə çatdırılmasıdır. Son dövrlərdə bu istiqamətdə əsaslı islahatlar həyata keçirilmişdir. Təqdirəlayiq haldır ki, bu islahatlar paytaxt Bakı ilə yanaşı, həm də bölgələri əhatə edir. Qudyalçay üzərindəki tağlı körpünün əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə görülən işlərdəndir. Bu körpü ilə sakinlər Qırmızı qəsəbədən qısa yolla Quba şəhərinə gedə bilirlər. “Qırmızı körpü” həm də tarixi memarlıq abidəsi kimi vacib əhəmiyyətə malikdir. Bu körpünün yenidən qurulması dövlətimizin tarixi-mədəni abidələrimizin qorunması işinə verdiyi diqqəti də nümayiş etdirir.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva “Qırmızı körpü”nün əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendlərə baxdılar.

Bildirildi ki, “Qırmızı körpü” 1851-1854-cü illərdə inşa olunmuşdur. Körpünün yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülmüş və bir-birindən 11,1 metr məsafədə olan dayaqlara söykənir. Tağ dayaqlarının istinad etdiyi körpünün bünövrələri yonulmuş daşlardan hörülmüşdür.

Azərbaycan Prezidentinə tağlı körpünün əsas parametrləri barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, körpünün uzunluğu 160, eni 7,6 metr, bünövrədən hündürlüyü isə 7,39 metrdir. Körpüdəki tağların sayı 14-dür. Təbii aşınmalar nəticəsində tağlarda yaranmış zədələrə görə körpüdə hərəkət xeyli müddət dayandırılmışdı. Lakin 2012-ci ilin əvvəlindən əsaslı təmirə başlanaraq tağlarda, bünövrədə bərpa və bərkitmə işləri aparılmışdır. Körpü memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Burada dövlətimizin başçısına və xanımına Quba-Qusar-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində salınmış körpülər barədə məlumat verildi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57