İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak etmişdir

18 sentyabr 2013, 20:40
İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak etmişdir.

Son illərdə Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində köklü islahatlar həyata keçirilir. Bu islahatların bölgələri də əhatə etməsi nəticəsində regionlarda idmanla məşğul olanların sayının sürətlə artması müşahidə olunur. İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yenilərinin təməli qoyulur. Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qubada Milli Qolf Klubunun yaradılması bunun əyani təsdiqidir.

Dövlət başçısı klubun rəmzi açılışını bildirən lenti kəsdi.

Burada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, inşasına ötən il başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı vardır.

Azərbaycan Prezidenti və xanımı elektromobillə klubun ərazisini gəzdi.

Məlumat verildi ki, qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe vardır. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılmışdır. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Qolf Klubundakı şərait dünya standartlarına tam cavab verir. Buna görə də gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür. Belə bir obyektin yaradılması nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verəcəkdir. Bu, regional kiçik və orta biznesin yeni səviyyəyə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Burada Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00