XƏBƏRLƏR
19 may 2024
12:00
12:00
Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ürəkdən gələn təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin gələcək illərdə də gücləndirilməsi arzumuzu bir daha diqqətinizə çatdırmaq istərdim.
Zati–aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Dərin hörmət və ehtiramla,
Təmim bin Həməd Al Tani
Qətər Dövlətinin əmiri