Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

28 oktyabr 2010, 18:16

Hörmətli cənab Baş nazir,

Əziz qardaşım,

Milli bayramınız – Respublika günü münasibətilə Sizə və bütün türk xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın yekdil iradəsinin bariz ifadəsidir. Əminəm ki, qarşılıqlı inam, etibar və dəstəyin parlaq mücəssəməsi olan münasibətlərimiz müttəfiqliyimizin və həmrəyliyimizin rəhni olaraq daim yaşayacaq və xalqlarımızın rifahına, ölkələrimizin yüksəlişinə xidmət edəcəkdir.

Bu bayram günündə sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00