Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 oktyabr 2013, 21:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri


Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

Kollegiyanın üzvləri:


Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional bölməsinin rəhbəri.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il.