XƏBƏRLƏR
19 may 2024
12:00
12:00
Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Avstriya əlaqələri hərtərəfli şəkildə genişlənməkdədir. Ümidvaram ki, daim möhkəmlənən dövlətlərarası münasibətlərimiz iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın inkişafına bundan sonra da töhfələr verəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 oktyabr 2013-cü il.