Maldiv Respublikasının Prezidenti Məhəmməd Vahiddən

28 oktyabr 2013, 15:00

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Maldiv hökumətinin və xalqının adından, şəxsən öz adımdan ən səmimi arzularımı və təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Seçkilərdə inamlı qələbəniz ötən 10 ildə uğurlu fəaliyyətinizin sübutu və Azərbaycan xalqının Sizin liderliyinizə olan inamının göstəricisidir. Azərbaycanın Sizin rəhbərliyinizlə yeni dövrə qədəm qoymasından olduqca məmnunuq və şübhəsiz ki, bu, bütün beynəlxalq ictimaiyyətin mənafeyinə xidmət edəcəkdir.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də möhkəmlənəcəkdir. İcazə verin, Sizə cansağlığı və rifah, Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə arzu edim.

Hörmətlə,

Məhəmməd Vahid
Maldiv Respublikasının Prezidenti