|
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək yolunun bərpa və inkşaf olunmasına dair beynəlxalq forum keçirilmişdi. Həmin forumda dünyanın 42 ölkəsinin nümayəndəsi iştirak etmişdi ki, onlardan səkkizi prezidentləri ilə təmsil olunmuşdu. 1998-ci ilin sentyabrında Heydər Əliyevin həmin Forumda qeyd etdiyi kimi, "Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığın inkişafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firavanlıq və rifahlığın gətirilməsində öz tarixi rolunu oynayacaqdır". Tarixi İpək Yolunun inkişaf etməsinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: · bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etməsi; · nəqliyyat əlaqələrinin inkişaf etməsi - yük və sərnişinlərin beynəlxalq daşınması; · tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması; · yük daşınmalarının müddətinin qısaldılması; · nəqliyyat siyasətinin uyğun olaraq aparılması; · daşınma tarifləri və vergilərə xüsusi güzəştlər; · müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi; · yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət; · çoxmodallı (birləşmiş) daşımaların təşkil oulnması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması.
Qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi vəziyyəti və xüsusilə respublikada bütün nəqliyyat vasitələrinin və əsas yolların (hava, dəmiryol, dəniz və avtomobil) yaxşı inkişaf etməsini nəzərə alsaq, onun Böyük İpək Yolundakı rolunun aparıcı olduğunu aydın görmək olar. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.