Elnur Aslanov
Aslanov Elnur Kazim oğlu
Doğulduğu tarix və yer: 15.01.1977, Bakı şəhəri
Təhsili: ali, siyasi elmlər namizədi
Bitirdiyi təhsil müəssisəsinin adı: Bakı Dövlət Universiteti, “Azərbaycan” Universiteti
Dövlət qulluğunun ixtisas dərəcəsi: 1-ci dərəcə dövlət müşaviri
Əmək fəaliyyəti:
11.01.1997 - 19.04.2001, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsi,təlimatçı, baş referent
19.04.2001 - 18.07.2005, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektoru, referent, böyük məsləhətçi
18.07.2005 - 19.12.2007, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin xidməti, İcra Aparatı rəhbərinin köməkçisi
19.12.2007 - h/h, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsi, Müdir
