|
Konstitusiyaya müvafiq olaraq, Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır. Prezident hakimiyyətinin statusu, seçilməsi, səlahiyyətləri barədə Konstitusiyanınən mühüm siyasi-hüquqi və etik müddəaları aşağıdakılardır: Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident hakimiyyətinin legitimliyi ümumxalq seçkiləri ilətəmin edilir, bundanəlavə, Konstitusiyaya əsasən, ali dövlət vəzifəsinə namizədlər barəsində məhdudiyyətlər müəyyən edilmişdir. Yaş senzi – 35 yaşdan az olmamaqla, oturaqlıq senzi – Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamaq şərti, təhsil senzi – ali təhsiləmalik olmaq, mənəvi senz – ağır cinayətlərə görə məhkumluğun olmaması və başqa dövlətlər qarşısında hər hansı öhdəliyin olmaması, siyasi senz – ikili vətəndaşlığının olmaması müəyyən edilmişdir (maddə 100). Konstitusiyaya görə, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir (maddə 101). Ali hakimiyyətin rəmzi mərasim məqamı mətni təsbit olunmuş andiçmə təsisatında əks olunmuşdur. Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir (maddə 103). Prezidentin simasında fərdiləşdirilmiş ali hakimiyyətin toxunulmazlığı onun şərəf və ləyaqətinin qorunması tələbi ilə tamamlanmışdır (maddə 106). Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
Konstitusiyada dövlət başçısının geniş səlahiyyətləri təsbit olunmuşdur. Bu səlahiyyətlər 109-cu maddənin 32 bəndində əks olunmuşdur. Prezident Nazirlər Kabinetinin qərarlarını ləğv etmək, onu, Baş nazir istisna olmaqla, istefaya göndərmək hüququna malikdir. Baş nazirin, eləcə də Baş prokurorun istefaya göndərilməsi üçün Milli Məclisin razılığı tələb olunur. Prezident Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Milli Bankı İdarəheyətinin üzvlərinin təyin olunması barədə Milli Məclisə təqdimatlar verir. AXTAR:
XƏBƏRLƏR:
12 iyun 2013, 13:15
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etmişdir
12 iyun 2013, 13:10
İlham Əliyev Türkiyənin baş prokurorunu qəbul etmişdir
11 iyun 2013, 17:30
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etmişdir
11 iyun 2013, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etmişdir
11 iyun 2013, 17:25
İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul etmişdir
11 iyun 2013, 17:20
İlham Əliyev Misirin xarici işlər nazirini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.