İlham Heydər oğlu Əliyev İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi, “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (Rumıniya), “İsmoili Somoni” ordeni (Tacikistan). Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası), Ankara Universitetinin Fəxri dokrotu (Türkiyə), Çukurova Universitetinin Fəxri Doktoru (Türkiyə). AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.