|
Sual 1. Prezidentin Administrasiyasına məktubu necə göndərmək olar? - Saytın Baş səhifəsinin “Məktublar” bölməsində “Prezidentə məktub yazmaq” yarımbölməsi var. Burada siz doldurulması tələb edilən forma ilə tanış olaraq məktub göndərə bilərsiniz. Sual 2. Prezident saytına necə abunə yazılmaq olar? - Baş səhifənin sağ küncündə “Abunə ol” bölməsi var. Burada siz Azərbaycan Prezidentinin saytından ayrı-ayrı yeniliklərə abunə yazıla bilərsiniz. Sual 3. Prezidentin çıxışlarının video yazılarını necə izləmək olar? - Baş səhifənin “Video” bölməsində Azərbaycan Prezidentinin çıxışlarının videoyazıları təqdim olunmuşdur. Burada siz sayt üzərindən seçdiyiniz videoya baxa bilərsiniz. Sual 4. Prezident Administrasiyasının məsul şəxslərinin qəbul günləri barədə necə məlumat almaq olar? - Saytın Baş səhifəsindəki “Administrasiya” bölməsində “Qəbul günləri” yarımbölməsi var. Burada Prezident Administrasiyasının məsul şəxslərinin qəbul günlərinin siyahısı verilir. Sual 5. Prezidentin fotoşəkillərini saytın hansı hissəsindən əldə etmək mümkündür? - Baş səhifədəki “Şəkillər” bölməsində Prezidentin iştirak etdiyi tədbirlərdən, səfərlərdən, keçirdiyi görüşlərdən və s. fotoşəkillər xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Sual 6. Saytdan xəbərləri öz tanışlarımla necə paylaşmaq olar? - Təqdim edilən hər bir informasiyanın aşağı sol küncündə “Share” düyməsi vardır. Bu düymənin köməyi ilə siz informasiyanı Facebook, Twitter və s. sosial şəbəkələrdə informasiyanı yayımlaya və ya “E-mail” seçimi ilə elektron poçt ünvanına göndərə bilərsiniz. Sual 7. Prezidentin iş qrafiki barədə necə məlumat əldə etmək olar? - Baş səhifədəki “Prezident” bölməsində “İş qrafiki” yarımbölməsi var. Azərbaycan Prezidentinin təqvim üzrə iş qrafiki burada göstərilir. Sual 8. Prezidentin ailəsi barədə harada məlumat almaq olar? - Azərbaycan Prezidentinin ailəsi barədə məlumatı “Prezident” bölməsinin “Tərcümeyi-hal”, “Birinci xanım” yarımbölmələrində, eləcə də “Fotoalbom” bölməsinin “Ailə” yarımbölməsində əldə etmək olar.
Sual 9. Azərbaycan reallıqları barədə saytda necə məlumat almaq olar? - Azərbaycan haqqında ümumi informasiya saytın yuxarı hissəsində “Azərbaycan” bölməsində göstərilmişdir. Respublikanın əsas göstəriciləri barədə məlumat Azərbaycan Prezidenti saytının Baş səhifəsinin sağ hissəsindəki “Azərbaycan rəqəmlərdə” bannerində pdf formatında kitabça şəklində yerləşdirilmişdir. AXTAR:
XƏBƏRLƏR:
19 may 2013, 21:30
İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samarasla görüşmüşdür
17 may 2013, 13:44
İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir
16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:50
İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:20
İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir
16 may 2013, 16:50
İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.