06 may 2024, 10:55

Vətən müharibəsi iştirakçısından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən, Astara rayonunun Ərçivan qəsəbə sakiniyəm, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısıyam.

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən böyük işlərə görə Sizə öz adımdan, ailəm və bütün astaralılar adından dərin minnətdarlığımı bildirirəm.

Xüsusilə qeyd etmək istəyirəm ki, Astara-Ələt magistralının müasir səviyyədə yenidən qurulması nəinki Astara camaatı, ümumilikdə ölkə əhalisi üçün çox müsbət amildir. Dövlət sərhədinə kimi uzanan bu yol, həm ölkələrarası əlaqələrin inkişafına, həm də Astara rayonu da daxil olmaqla, Cənub bölgəsinin daha da dirçəlməsinə töhfə verəcəkdir.

Cənab Prezident, ölkəmizin inkişafı və xalqımızın güzəranının yaxşılaşdırılması üçün gördüyünüz misilsiz işlərə görə Sizə bir daha təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı, gələcək işlərinizdə də müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Elvin Nəsirov,

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.