“Azərbaycan-İsrail” Beynəlxalq Təşkilatının Ağsaqqallar Şurasının üzvü Mixail Aqarunovdan
12 noyabr 2013, 15:55
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu seçkilərdə Sizin qalib gələcəyinizə ürəkdən əmin idim. Azərbaycan vətəndaşı kimi, öz Vətəni ilə ürəkdən fəxr edən, zəmanəmizin dahi siyasi xadimi atanız Heydər Əliyevin və Sizin – Ümummilli Liderin doğma xalqın rifahına yönəlmiş siyasətinin layiqli davamçısının pərəstişkarı kimi Sizi bir daha ürəkdən təbrik edirəm.
Mən Sizinlə fəxr edirəm. Mənim Sizinlə də, vaxtilə dahi Heydər Əliyevlə də görüşümüz olub. Bu görüşlərin xoş təəssüratı yaddaşıma ömürlük həkk olunub. Harada yaşamağımdan asılı olmayaraq, Azərbaycan vətəndaşı adını həmişə qürurla daşımağa, Sizin siyasətiniz sayəsində respublikamızda bərqərar olmuş müasir reallıqları, Azərbaycan xalqının tolerantlığını təbliğ etməyə çalışıram. Siz təkcə siyasi xadimlər üçün deyil, həm də bizim gənclər üçün örnək olan müasir ziyalısınız.
Ulu Tanrıdan Sizə və ailənizə, bütün yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Mixail Aqarunov
“Azərbaycan-İsrail” Beynəlxalq Təşkilatının Ağsaqqallar Şurasının üzvü