İlham Əliyev “Qolodomor” qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir

18 noyabr 2013, 13:50

Kiyevdə Prezident İlham Əliyev “Qolodomor” qurbanlarının - 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.

Dövlətimizin başçısı abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoydu, aclıq qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Prezident İlham Əliyev Ukrayna paytaxtının hündür nöqtəsindən qədim Kiyevin mənzərəsini seyr etdi.

Azərbaycan Prezidentinə Ukrayna paytaxtında görülən işlər barədə məlumat verildi.