İlham Əliyev Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşmüşdür

18 noyabr 2013, 19:00

Prezident İlham Əliyev Kiyevdə, onun üçün ayrılmış dövlət iqamətgahında Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olundu, bütün istiqamətlərdə səmərəli qarşılıqlı fəaliyyətin mövcudluğu vurğulandı. Birgə layihələrin müzakirəsinin ticarət dövriyyəsinin genişlənməsi baxımından əhəmiyyətinin qeyd edildiyi görüşdə bu sahədə yaxşı perspektivlərin olduğu bildirildi. Azərbaycan məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Ukrayna bazarına çıxarılması, taxılçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.

Ölkələrimizin tikinti sektorunda yaxşı perspektivlərin olduğu bildirilən görüşdə sənaye, infrastruktur sahələrində də əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynada uğurlu fəaliyyətindən məmnunluq bildirildi.

Ukraynaya Azərbaycan investisiyalarının qoyulması sahəsində imkanların araşdırılmasının mümkünlüyü qeyd edildi.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırıldı.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45