İlham Əliyev Kiyevdəki Heydər Əliyev parkında görülən işlərlə tanış olmuşdur

18 noyabr 2013, 19:20

Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev Kiyevdəki Heydər Əliyev parkında görülən işlərlə tanış olmuşdur.

Park bu il aprelin 25-də - ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmışdır.

Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Dövlətimizin başçısı parkı gəzdi.

Parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən kompozisiya elementləri yüksək peşəkarlıqla işlənmişdir. Burada işıqlandırmadan tutmuş nadir “Şeyx Səfi” xalısının surətinədək hər şey fərdi sifariş əsasında Ukrayna, İtaliya, Almaniya və Azərbaycanda hazırlanmışdır. Parkın inşaat kompozisiyası Azərbaycanın qədim rəmzləri olan Bakının Qala divarları, Şirvanşahlar dövlətinin gerbi, “Şeyx Səfi” xalısının maketləri əsasında qurulmuşdur. Parkın landşaft kompozisiyası isə dövlətimizin coğrafi şəraitinin və florasının müxtəlif elementləri ilə tamamlanır.

Yeni salınan parkda aparılan yaşıllaşdırma işləri zamanı əsasən Azərbaycan florasına məxsus nadir ağaclara və bitkilərə üstünlük verilmişdir. Bu da parkın özünəməxsusluğunu artıran amillərdir.

Sonda xatirə şəkli çəkdirildi. 

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00