İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi nahar verilmişdir

21 noyabr 2013, 16:30
İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi nahar verilmişdir

Prezident İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları naharda çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli qonaqlar, əziz dostlar.

Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istərdim. Sizin səfəriniz bizim dostluq münasibətlərinin inkişafında böyük əhəmiyyətə malikdir. Dünən və bu gün biz bu barədə çox danışmışıq və əminəm ki, nümayəndə heyətlərinin üzvləri də fəal ünsiyyət saxlayıblar. Hesab edirəm ki, biz münasibətlərimizin dinamikasını və nəticələrini tamamilə eyni cür qiymətləndiririk. Mən 2006-cı ildə Belarusa ilk rəsmi səfərimi, sonra 2007-ci ildə Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Mətbuat konfransında Sizin qeyd etdiyiniz kimi, o vaxtdan biz ən azı ildə bir dəfə görüşürük. MDB sammitlərində iştirakımızı da nəzərə alsaq daha tez-tez görüşürük. Yeri gəlmişkən, lap yaxın vaxtlarda mən yenə Minskdə oldum. Aleksandr Qriqoryeviçə demişəm, MDB sammitinin gözəl təşkilinə, sammitin yaxşı nəticələrinə görə Belarusu bu tərkibdə bir daha təbrik etmək istərdim.

Prezident İlham Əliyev müstəqilliyin ilk dövrlərində Belarusun bəzi çətinliklərlə qarşılaşmasına baxmayaraq, uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu qeyd edərək dedi:

- Biz məsələləri məhz qarşılıqlı rəğbət, qarşılıqlı dəstək və əlbəttə qarşılıqlı maraqlar nəzərə alınmaqla həll edirik.

Təsadüfi deyildir ki, ölkələrimiz həmişə, bütün beynəlxalq qurumlarda bir-birini dəstəkləyir və həmrəylik nümayiş etdirirlər. Fikrimcə, bu da bizim qarşılıqlı münasibətlərin, qarşılıqlı hörmətin göstəricisidir. Əlbəttə, bu münasibətlər sayəsində biz artıq bu gün gələcək haqqında fikirləşirik. Son bir neçə ildə münasibətlərimizin dinamikası, mənim fikrimcə, ümumiyyətlə, ölkələrimiz, dövlətlərimiz arasında münasibətlərin tarixində xüsusi yer tutur.

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonun bu səfərinin də yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bildirdi:

- Səfərin yekunlarını, imzalanmış sənədləri, əldə etdiyimiz razılaşmaları, növbəti görüşə qədər həyata keçirəcəyimiz tədbirləri çox müsbət qiymətləndirirəm. Ümidvaram ki, gələn il komissiyanın həmsədrləri bizə yeni uğurlar barədə məruzə edəcəklər. Əminəm ki, onlar hesabat verəcəklər ki, prezidentlərin tapşırığı hətta vaxtından əvvəl yerinə yetirilmişdir, bizim münasibətlərin bir sıra istiqamətləri üzrə olduğu kimi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrdə olduğu kimi, dünyada baş verən bir çox proseslərlə bağlı hər iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü məmnunluqla qeyd etdi.

X X X

Prezident Aleksandr LUKAŞENKO Azərbaycanda bütün sahələrdə əldə edilən uğurların Belarus Respublikasında məmnunluq hissi yaratdığını söylədi. O, budəfəki səfəri zamanı Bakıda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirərək dedi:

- Bizim dünənki tədbirlər axşam vaxtı keçirildi. Biz axşam Bakısını, gecə Bakısını gördük. Bunlar Sizin öz torpağınızda yaratdıqlarınızı çox gözəl təcəssüm etdirir.

Belarus Prezidenti ölkəsində Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə böyük marağın olduğunu xüsusi vurğulayaraq bildirdi:

- Biz əməkdaşlığı hökmən inkişaf etdirəcəyik. Mən çox istəyirəm ki, qısa müddətdən sonra deyə bilək ki, biz əmtəə dövriyyəsini, müştərək layihələrin sayını ikiqat artırmışıq və əməkdaşlığımızın istiqamətləri çoxalmışdır.

Belarus dövlətinin başçısı Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsini Azərbaycan xalqının həyatında uğurlu hadisə kimi dəyərləndirərək dedi:

- Müəyyən müddətdən sonra xalq Sizə misilsiz etimad göstərmişdir. Bu gün artıq heç kəs şübhə etmir ki, mənim fikrimcə, nəinki Azərbaycanın daxilində, hətta bütün dünyada hər bir normal adam deyərdi: Bəli, Azərbaycan xalqının qüdrətli lideri vardır.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51