2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 noyabr 2010, 20:16

1. 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37