Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının sədri Miroslav Tsrnoqoratsdan, Palatanın icraçı direktoru Natalia Popeskudan
25 dekabr 2013, 15:20
Hörmətli cənab Prezident,
İcazə verin, Sizə doğum gününüz münasibətilə Serbiya-Azərbaycan Ticarət Palatası adından ən səmimi və xoş arzularımızı çatdıraq.
Əminik ki, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı səylər nəticəsində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında əməkdaşlıq əlaqələri, o cümlədən siyasi, iqtisadi və mədəni münasibətlər daha da güclənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirik.
Zati-aliləri, xahiş edirik ən dərin ehtiramımızı qəbul edin.
Hörmətlə,
Miroslav Tsrnoqorats
Serbiya-Azərbaycan Ticarət-İqtisadi
Palatasının sədri
Natalia Popesku
Palatanın icraçı direktoru