Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır

17 noyabr 2010, 14:00
Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır

Geniş tərkibdə danışıqlardan sonra Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanma mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzaladılar.