Azərbaycan və Fransa prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

12 may 2014, 12:00
Azərbaycan və Fransa prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi: 

- Hörmətli cənab Prezident, bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

Dünən və bu gün biz artıq geniş fikir mübadiləsi, Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafı ilə bağlı danışıqlar apardıq.

Bu gün biz nümayəndə heyətlərinin iştirakı ilə bu danışıqları davam etdiririk. İkitərəfli gündəliyimiz çox genişdir, bir çox məsələləri əhatə edir. Hər bir istiqamət üzrə qarşılıqlı anlaşma vardır və qarşılıqlı dəstək göstərilir.

Bir daha Sizi ürəkdən salamlayıram. Mən əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. 

X X X

Fransa Prezidenti Fransua OLLAND dedi:

- Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Artıq neçə illərdir ki, Azərbaycan Fransaya etimad göstərir. Fransa Azərbaycandakı böyük inkişafdan məlumatlıdır. Dünən biz bunun bütün sahələrdə müşahidə olunduğunu gördük. Bu səbəbdən bu səfər sadəcə dostluq, nəzakət səfəri deyil və bu, yalnız yüksək səviyyəli şəxslər, iki prezident arasında mövcud olan əlaqələrlə bağlı deyildir. Bu səfər nəticələr verməlidir, iqtisadi baxımdan mübadilələrimizi, sərmayələrimizi daha da artırmalıdır.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10