18:44
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiy...
21 aprel 2018, 18:44Prezident İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olmuşdur.
“Azərbaycan Respublikası Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyanatı”nı dövlət başçıları İlham Əliyev və Fransua Olland imzaladılar.
“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq Sazişi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Moskva bürosunun direktoru Mişel Tararan imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzaladılar.
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzaladılar.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Natiq Əliyev və Fransanın Azərbaycandakı səfir Paskal Mönye imzaladılar.
“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında İnzibati Anlaşma”nı Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem imzaladılar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində Niyyət Məktubu”nu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ali təhsil və tədqiqat üzrə dövlət katibi Jönöviev Fioraso imzaladılar.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiy...
21 aprel 2018, 18:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri ...
21 aprel 2018, 18:42Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
1. Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
2. Bu...
21 aprel 2018, 18:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin.
21 aprel 2018, 18:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─...
21 aprel 2018, 18:33Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:
1.1. Azərbaycan...
21 aprel 2018, 17:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Dövlətlərimiz arasındakı münasibətlərin daha da möhkəmləndiyi bir dövrdə yenidən Azərbaycan Respublikasının Prezidenti seç...
21 aprel 2018, 16:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident İlham Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi NATO-nun baş katibi ...
21 aprel 2018, 16:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə...
21 aprel 2018, 16:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Aprelin 11-də Azərbaycan xalqının Zati-alinizi böyük səs çoxluğu ilə yenidən prezident seçməsi xalqın etimad və s...
21 aprel 2018, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və bütün xalqımızı səmimi qəlbdən tə...
21 aprel 2018, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Ukrayna Azərbaycanlıları Gənclər Bir...
21 aprel 2018, 14:58