Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Bamir Topiyə
Text size
27 noyabr 2010, 15:34
Hörmətli cənab Prezident,
Milli bayramınız – Bayraq günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Albaniya arasında təşəkkül tapmış münasibətlərin inkişafı bundan sonra da dostluq və əməkdaşlıq məcrasında davam edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Albaniya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 noyabr 2010-cu il.