İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Nquyen Sinh Hanq ilə görüşü olmuşdur

19 may 2014, 16:20
W1siziisijiwmtuvmdyvmtuveguwbgv5aw4zxzmxndc0lmpwzyjdlfsiccisinrodw1iiiwimjm2mhgxmtk2iyjdxq?sha=498ce48ebb835fb0

Görüşdə Milli Assambleyanın sədri Nquyen Sinh Hanq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının böyük uğurlara nail olduğunu deyən Nquyen Sinh Hanq bu münasibətlə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin vaxtilə Azərbaycana, ulu öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama etdiyi tarixi səfərləri xatırlatdı. Münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını qeyd etdi.

Azərbaycan parlamentində Vyetnam ilə dostluq qrupunun fəaliyyət göstərdiyini, Vyetnamda Azərbaycan səfirliyinin açıldığını deyən Prezident İlham Əliyev bütün bunların ikitərəfli əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirdi.

Görüşdə ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin münasibətlərimizin bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

W1siziisijiwmtuvmdyvmtuvn29lbtk2znrjbf8zmtq2oc5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=2b3dede4f5916de4W1siziisijiwmtuvmdyvmtuvohzoatnhbxrjyv8zmtq2os5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=419c8d99b74a739fW1siziisijiwmtuvmdyvmtuvmww1ngnla241y18zmtq3mc5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=fa3f40c35045cd63W1siziisijiwmtuvmdyvmtuvnhrxczjrowduel8zmtq3ms5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=132a9d2fb54a88b3W1siziisijiwmtuvmdyvmtuvn3c5dhdnago3al8zmtq3mi5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=14838dfc22269b96
SƏNƏDLƏRFərmanlar19 aprel 2018
18:12
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası i...

19 aprel 2018, 18:12