Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olmuşdur

05 iyun 2014, 16:00

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Prezident İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birgə görüşü olmuşdur.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirildi. Azərbaycan, Türkiyə və Türkmənistan arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulandı, ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.