İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etmişdir

14 iyul 2014, 12:30

İtaliya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Romadakı “Altare dell Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət etmişdir.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.