İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

11 avqust 2014, 00:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib, ona Türkiyə xalqının firavanlığı və əmin-amanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. 

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. 

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37