Şeyxülislam Allahşükür Paşazadəyə

26 avqust 2014, 15:00

Hörmətli Şeyx həzrətləri!

Sizi – tanınmış din xadimini 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 

Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mənəvi-əxlaqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə sadiqliyinin təmin olunması istiqamətində Siz uzun illərdən bəri uğurla fəaliyyət göstərirsiniz. Sizin iştirakınızla müstəqillik illərində müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanması xalqımızın dini maariflənməsinə misilsiz ərməğandır. Ölkəmizdə gənc nəslin islam adət-ənənələri ruhunda formalaşması işində gərgin əməyiniz təqdirə layiqdir. 

Siz islam dünyasında dinə dair sanballı araşdırmalarınızla ilahiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfranslardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və islam dünyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmişdir.

Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermiş taleyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsl vətəndaş münasibəti Sizə böyük hörmət qazandırmışdır. Qanlı Yanvar hadisələri zamanı tutduğunuz mövqe şəxsiyyətinizin bütövlüyünü təzahür etdirir.

Müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaqla Siz dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bu gün də töhfələr verirsiniz. Ölkəmizin dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz. 

Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə xidmət göstərəcəksiniz.

Ən xoş arzularla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2014-cü il.

SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:50
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikas...

18 iyul 2018, 20:50
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:20
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barəd...

18 iyul 2018, 20:20
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
19:10
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi ...

18 iyul 2018, 19:10
SƏNƏDLƏRSərəncamlar18 iyul 2018
19:05
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqın...

18 iyul 2018, 19:05