Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

21 dekabr 2010, 13:11

Hörmətli Aleksandr Qriqoryeviç, 

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 

Azərbaycan ilə Belarusu əsrlər boyu sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, dövlətlərarası münasibətlərimiz bu xoş ənənələrə əsaslanaraq xalqlarımızın rifahı naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. 

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. 

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 dekabr 2010-cu il.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37