İlham Əliyev Fransa Müdafiə Nazirliyi Beynəlxalq İnkişaf İdarəsinin direktorunu qəbul edib

12 sentyabr 2014, 16:50

Prezident İlham Əliyev Fransa Müdafiə Nazirliyinin Beynəlxalq İnkişaf İdarəsinin direktoru Stefan Rebi qəbul edib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin önəmi qeyd olundu, müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.