14:08
İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub
19 sentyabr 2014, 19:50Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Bu gün biz enerji sektoru ilə yanaşı, digər əməkdaşlıq sahələrini müzakirə etdik. Düşünürəm ki, burada həyata keçiriləcək investisiya qoyuluşu, müqavilələr, infrastruktur layihələri sahəsində geniş formatda əməkdaşlığın aparılması üçün yaxşı potensial mövcuddur. Ümidvaram ki, əməkdaşlıq məsələlərini müzakirə etmək üçün növbəti aylarda yeni nümayəndə heyətləri gələcək.
Bolqarıstan Prezidenti Rosen PLEVNELİEV dedi:
- Təşəkkür edirəm, cənab Prezident. Böyük tarixi əhəmiyyətə malik olan “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində iştirak etmək bizim üçün böyük şərəfdir. Bu, bir çox Avropa ölkələrinin on illərlə arzuladığı bir xəyalın reallığa çevrilməsidir və bu məsələdə Sizin tarixi xidmətləriniz var.
Bolqarıstan Prezidenti kimi, Avropa İttifaqına üzv olan dövlət başçıları adından mən Azərbaycana Sizə təşəkkür etmək üçün gəlmişəm. Bu, bizim hamımız üçün əlamətdar bir hadisədir. Azərbaycan bizim üçün öz baxışı, investisiya siyasəti ilə vacib ölkədir. Etibarlı dost və tərəfdaş ölkə kimi, biz həmişə Sizin yanınızdayıq və əməkdaşlıq etmək istəyirik.
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55