İlham Əliyev İsmayıllıda inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

22 sentyabr 2014, 19:00

Prezident İlham Əliyev İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçası 120 yerlikdir. Ümumi ərazisi 520 kvadratmetr olan körpələr evi-uşaq bağçası ən müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı var. 120 yerlik yeməkxanada da balacaların normal qidalanmaları üçün bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil müəssisəsində onların təlim-tərbiyəsinin keyfiyyəti, hökm sürən ab-hava vacib amillər kimi əsas götürülüb. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Bu amillərə körpələr evi-uşaq bağçasında xüsusi diqqət yetirilib. Körpələr evi-uşaq bağçasının ərazisinə dekorativ hasar çəkilib, oyun meydançaları yaradılıb. Bina ən müasir infrastrukturla təchiz edilib.

Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün əlindən gələni edir. Son illərdə Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Belə layihələrin icrasında əsas məqsəd məktəbəqədər təhsildə əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılması idi və buna da nail olunur. Heydər Əliyev Fondu bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni bir layihəyə start verib. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı ictimaiyyətə təqdim edilib. Bütün bu addımlar isə Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.

SƏNƏDLƏRFərmanlar16 iyul 2018
19:32
Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun genişləndirilməsi, infrastrukturların yenidən qurulması, qanunvericilik bazasının möhkəmləndirilməsi, həyata keçirilən digər irimiqyaslı tədbirlər və islahatlar ölkənin daya...

16 iyul 2018, 19:32
SƏNƏDLƏRSərəncamlar16 iyul 2018
19:21
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1230-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il...

16 iyul 2018, 19:21
SƏNƏDLƏRSərəncamlar16 iyul 2018
19:09
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1231-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2...

16 iyul 2018, 19:09
SƏNƏDLƏRFərmanlar16 iyul 2018
19:03
“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1204-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun...

16 iyul 2018, 19:03