İlham Əliyev Naftalan şəhərinə səfərə gəlib

17 oktyabr 2014, 21:00

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalan şəhərinə səfərə gəliblər.

Dövlət başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naftalan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov son vaxtlar şəhərdə görülən işlər və Ulu Öndərin abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.