İlham Əliyev Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

18 oktyabr 2014, 12:10

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboyda Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə paytaxtla yanaşı, respublikanın bütün bölgələrində də silsilə tədbirlər həyata keçirilir. Goranboyda yeni inşa olunan Heydər Əliyev Mərkəzi də bu tədbirlərin ardıcıl xarakter aldığını bir daha göstərir. Bu, ilk növbədə Goranboy sakinlərinin əbədiyaşar lider, dahi rəhbərin xatirəsinə olan ehtiramını nümayiş etdirir. Yeni Mərkəzin yaradılması həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır.

Mərkəzdəki fotolar və digər eksponatlar sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan və indi də uğurla davam etdirilən inkişaf konsepsiyasının hərtərəfli öyrənilməsinə real zəmin yaradır. Bu, bir daha göstərir ki, Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçib. Bunun sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli lider Heydər Əliyev öz titanik fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaradıb, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müasir müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazıb.

Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Onun Azərbaycana rəhbərlik etdiyi illər milli intibah dövrü kimi əbədiləşib.

Dövlət başçısı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdı. 4300 kvadratmetr ərazisi olan Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey yaradılıb. Bu muzeyin ekspozisiya zalının zənginliyi bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Ulu öndər Heydər Əliyev özünün qeyri-adi intellektini yalnız xalqa, dövlətə və Vətənə xidmətə həsr edib. Ona görə də haqlı olaraq müstəqil Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri adlandırırlar.

Bildirildi ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlər təşkil olunacaq. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada müzakirə və diskussiya zalları qurulub. Böyük akt zalı 134 yerlikdir və burada bir çox tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Həmçinin Mərkəzdə elektron kitabxana və linqafon otağı yaradılıb. Burada internet-kafe, rəssamlıq və atıcılıq otaqları, fotostudiya, xalçaçılıq və tikiş bölməsi qurulub. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün Mərkəzdə hər cür şərait var.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45