İlham Əliyev Gəncə şəhərindəki Heydər Əliyev Parkında olub

18 oktyabr 2014, 16:15

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki Heydər Əliyev Parkında olublar.

Məlumat verildi ki, orijinal layihə əsasında salınan, möhtəşəmliyi və əzəməti ilə seçilən parkın girəcəyindəki “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr etmək mümkündür. Göz oxşayan xiyabanda geniş yaşıllaşdırma işləri həyata keçirilib və istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif iaşə obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri var.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. İndi həmin ağaclar parka xüsusi gözəllik verir.

Dövlət başçısı və xanımı elektromobillə parkın ərazisini gəzdilər.

SƏNƏDLƏRFərmanlar23 iyul 2018
18:01
“Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-tex...

23 iyul 2018, 18:01
SƏNƏDLƏRSərəncamlar23 iyul 2018
18:00
Masallı rayonunun Şatıroba–Hişkədərə–Miyanku–Kubin–Birinci Səmədxanlı–Xallıcalı–Əminli–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz iki min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba–Hişkədərə–...

23 iyul 2018, 18:00