İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

19 dekabr 2014, 19:10

Prezident İlham Əliyev Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin etimadnaməsini qəbul edib.

Səfir Aksel Vex fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Aksel Vex yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin ölkələrimizin müvafiq qurumları arasında sıx əlaqələrin mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı baza yaratdığını dedi. Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji və turizm sahələrində genişləndirilməsində maraqlı olduğunu bildirdi.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fişerlə keçirdiyi görüşləri və apardığı səmərəli müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti və informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı maraq doğurduğunu qeyd edən dövlətimizin başçısı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini dedi. Prezident İlham Əliyev səfir Aksel Vexin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.
 

SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
16:45
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumə...

25 iyun 2018, 16:45
SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37