İlham Əliyev Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub

24 fevral 2015, 20:27
W1siziisijiwmtuvmdyvmtuvnwfkb2pjztkwz18zodgyms5qcgcixsxbinailcj0ahvtyiisijiznjb4mte5nimixv0?sha=d949f0c5f1471883

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub.

Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına birinci Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə təşkil olunacaq.

Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

W1siziisijiwmtuvmdyvmtuvczb6ndg2m2dsxzm4ode3lmpwzyjdlfsiccisinrodw1iiiwimtm0mhgxmdiwil1d?sha=e07e5f5d6d5591caW1siziisijiwmtuvmdyvmtuvogdvddjkmm9jc18zodgxoc5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=8fc8120bb1d1187cW1siziisijiwmtuvmdyvmtuvogftag0wd3lsov8zodgxos5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=1743d53cdeb64642W1siziisijiwmtuvmdyvmtuvmxd0cde5anzhel8zodgymc5qcgcixsxbinailcj0ahvtyiisijezndb4mtaymcjdxq?sha=2232be8c9b728d4b
SƏNƏDLƏRFərmanlar19 aprel 2018
18:12
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası i...

19 aprel 2018, 18:12