İlham Əliyevin adından Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib

11 mart 2015, 20:30

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Pakistan Prezidentinin xanımı Mehmuda Məmnun ziyafətdə iştirak ediblər.