İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

09 aprel 2015, 15:20

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı İslam aləminin müqəddəs ocaqlarının ziyarətindən məmnunluğunu bildirdi. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi və ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:50
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikas...

18 iyul 2018, 20:50
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:20
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barəd...

18 iyul 2018, 20:20