Arzuman Cəfərovdan və başqalarından, Lerik, Azərbaycan
29 aprel 2015, 15:00
Möhtərəm cənab Prezident!
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsidir. Bu siyasət sayəsində ölkəmiz gündən-günə inkişaf edir və çiçəklənir. Görülən bütün abadlıq-quruculuq işləri gənclərin diqqətindən kənarda qalmır və biz bunu yüksək qiymətləndiririk. Respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da bu işlər uğurla davam etdirilir.
Aprel ayının 26-da ilk Avropa Oyunları ilə bağlı Bakıda Sizin iştirakınızla keçirilən məşəl alovlandırma mərasimi çox möhtəşəm idi. Mayın 1-də Lerikdə keçiriləcək məşəl qarşılama tədbirini səbirsizliklə gözləyirik.
Hörmətli cənab Prezident, Lerik gəncləri bu işdə Sizə uğurlar diləyir və həmişə Sizinlə olduqlarını bildirirlər.
Hörmətlə,
Xosiyev Qafur
Cəfərov Arzuman
Tağıyev Mehman
Hüseynov Seyran və başqaları (cəmi: 57 nəfər).
Azərbaycan Respublikası, Lerik rayonu.